|
Xəbər verdiyimiz kimi,bu gün Ağsu rayonunda qətl hadisəsi baş verib.Belə ki,Xalq artisti,keçmiş Millət vəkili mərhum Mikayıl Mirzənin qardaşı oğlu Mirzəyev Mahir ov tüfəngi ilə vurularaq qətlə yetirilib. Qətli törətməkdə ittiham olunan Ələkbərov Ramizin həmin gün bundan başqa daha bir nəfəri qələ yetirdiyi məlum olub.
Teleqraf.az-ın Ağsuda olan müxbirinin hadisə yerindən verdiyi xəbərə görə qətli törədən Ələkbərov Ramiz bu gün ölümlə nəticələn daha bir cinayət işlədib.Ağsu rayonunda iki qətl törətdikdən sonra Şamaxıya qaçan Ələkbərov harda gizlənməsi hələ məlum deyil.
Bu qətllərin səbəbi hələki məlum deyil.Bir gündə iki qətl törödən Ələkbərov Ramiz cinayət aləminə tanınmış adamlardan biridir.O,bir-neçə dəfə həbs cəzası çəkib.
Hadisəni diqqətimizdə saxlayacağıq.