Milli Şura martın 15-də “Məhsul” stadionunda "Talana Son" adlı mitinq keçirdi

 Mitinqdə ilk olaraq Aparıcı  Əbülfəz Qurbanlı çıxış edib: “Bu gün bu meydanda bütün Azərbaycan var.  Bu meydanda banklara olan kredit borcları ucbatından intihar edən insanlar var. Bu meydanda fəqir, yoxsul, amma alnı açıq, qürurlu insanlar var. Eşq olsun sizlərə. Çünki qorxmadan, çəkinmədən, çaşdırıcı təxribatlara uymadınız və bu gün buradasınız”.  

Cəmil Həsənli isə ilk olaraq gəncliyi salamlayıb və xalqının gələcəyinin onların mübarizəsindən asılı olduğunu vurğulayıb: Mitinqin keçirilməməsi, alınmaması üçün hakimiyyət bir çox yollara əl atdı. Təxribatlar törətdilər, hətta facebook profili oğurladılar. Bular ilk olaraq hakimiyyəti oğurladılar. Millətin sərvətini oğurlamağa başladılar. Səs oğurluğuna keçdilər. Sonra isə yüzlərlə siyasi məhbus ordusu yaradaraq, bu millətin azadlığını oğurlamağa başladılar. İndi də profil oğurluğuna keçidblər. Bu hakimiyyətdən bundan artıq nə gözləmək olar? Nə vaxta qədər ki, xalq haqqını tələb etməyəcək, haqqı yeyiləcək. Bir gün bu xalq bu rejim üzərində öz qələbəsini qeyd edəcək. Bu rejim əbədi deyil".

C.Həsənli bildirdi ki,  fevralın 21-də Mərkəzi Bank qərarını şənbə günü verməsi təsadüfi deyil: "Mən tarixçiyəm. İndiyə qədər faşist rejimləri öz anti-xalq qərarlarını şənbə günləri qəbul ediblər. Musolini, Hitler əksər anti-xalq qərarların şənbə günü verib. Çünki həmin gün ziyalılar istirahət edir, mətbuat işləmir. Bu hakimiyyətdə manatı məhz fevralın 21-də "qara şənbə" günü ucuzlaşdırdı".

 

C.Həsənli çıxışının sonunda qeyd edib ki, növbəti mitinq aprelin 5-də, saat 15.00-da eyni məkanda keçiriləcək. Və 15 mart mitinqi son deyil, bir başlanğıcdır. 
AXCP sədri Əli Kərimli isə çıxışında bildirib ki, bu gün meydana toplananlar bir nəfər kimi hakimiyyətin talanına “yox” deyənlərdir:

Bizim hamımızı bu gün bu meydana toplayan 21 fevralda hökuməti hamımızın cibinə girməsi, 34 faiz bizi kasıblaşdırmasıdır. Ondan əvvəl isə bizə vəd verirdilər. Dekabr ayında dövlət başçısı dedi ki, neftin qiymətinin düşməsini hiss etməyəcəksiniz. Yanvarda dedi ki, hamınız pulunuzu manatda saxlayın, narahat olmayın. Fevralda isə milyonlarla manat xalqa ziyan vurdular. Bu gün buradayıq ki, bu talana "yox" deyək.

150 manat təqaüd alan insanlara, ayın sonunu güclə gətirən camaata Avropa Oyunları lazım deyil. Hansı ki o oyunlara 8 milyard pul xərclənib. Həmin bu bədxərcliyin nəticəsidir ki, indi əhali çətin vəziyyətə düşüb. Manatı 34 faiz ucuzlaşdırıblar. İndi zəhmət çəksinlər aylıq əməkhaqlarını, təqaüdləri o qədər də artırsınlar. Banklardan dollarla kredit götürənlər üçün güzəştlər etsinlər. Bütün bunları etmək, hakimiyyətin borcudur.

Ölkədə köklü dəyişikliyə nail olmalıyıq. Əminəm ki 15 martda başlayan proses davamlı olacaq və biz öz azadlığımıza qovuşacayıq".

Milli Şuranın üzvü Hacı Rövşən Əhmədli insanların inanclarının sındırılmaq istənildiyini dedi: “Zülmətə boyun əyməyib, öz qorxusuna üstün gəlib meydana gələn cəsarətli insanlara salam olsun. Bu gün bu millətin yalnız manatı oğurlanmayıb. Onlar hər bir azərbaycanlının üzündəki gülüşü oğurlayıblar,  Azərbaycan gəncinin, gəncliyini oğurlayıblar. Millətin haqqına təcavüz ediblər. Biz buna “yox!” deyirik”. 

Sonda mitinqin qətnaməsi səsləndirilib. Qətnamədə ilk olaraq manatın qəfil ucuzlaşmasının nəticəsində xalqa dəymiş ziyanın kompensasiya edilməsi tələb edilib. Həmçinin, maaşların, təqaüdlərin azı 30-40 faiz artırılması, korrupsiya və monopoliyanın durdurulması, bank kreditlərinin faizlərinin aşağı salınması, sahibkarlara qarşı təzyiqin dayandırılması tələb olunub. 

 Eyni zamanda, Qarabağ qazilərinə qanunvericilikdə nəzərdə tutulan "qan pulu"nun ödənilməsi, seçki islahatının aparılması, siyasi məhbusların azad edilməsi və Avropa Birliyi ilə assosiasiya sazişinin imzalanması da tələblər arasındadır.  

 Məhəmməd TÜRKMƏN
 musavat.com

Bölməyə aid digər xəbərlər

04 May 2024 ABŞ-ın Stirlinq Fondu Azərbaycanda mina təhlükəsi ilə bağlı maliyyə yardımı ayıracaq

27 Apr 2024 Bazar günü Bakıda 31 dərəcə isti olacaq

26 Avq 2023 Beton tökən qurğu Ordubad sakininin ölümünə səbəb olub

19 İyul 2023 İranın şimalında 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

19 İyul 2023 Seçkilərin ilkin mərhələsinin NƏTİCƏLƏRİ

24 Sent 2022 Xəzər Teyyublunun avtomobilini oğurlamağa cəhd ediblər

01 İyun 2022 Bu ilin əvvəlindən Afrikada 70-ə yaxın insan meymunçiçəyindən ölüb

13 Mart 2022 Bu gün 19 mindən çox şagird buraxılış imtahanı verəcək

13 Mart 2022 Moskvada Rüstəm İbrahimbəyovla vida mərasimi başlayıb - FOTO

05 Yan 2022 Şuşada təzə məscid tikilir, 6 bina söküləcək

10 Noy 2021 Sumqayıt bələdiyyəsinin şefi adamdöyən bacıoğlunu həbsdən çıxarır - Təfsilat

09 Noy 2021 Muradov Xankəndinə gəlir

30 Okt 2021 Müdafiə naziri qoşunlara tapşırıqlar verdi

28 Okt 2021 Bakıda daha bir məktəb distant tədrisə keçib

26 Sent 2021 Sabah hər kəs eyvanından bayraq assın...

19 Sent 2021 Azərbaycanda son sutkada 1734 nəfər COVID-19-a yoluxub, 25 nəfər vəfat edib

17 Sent 2021 İlham Əliyev Xalq artistinə mənzil hədiyyə etdi

16 Sent 2020 “Uşaqlarımın paltarları olmadığı üçün məktəbə getməyəcəklər” – Göyçay sakini

03 Sent 2020 “Belarusun bu günü ilə o dövrün Azərbaycanı müqayisə oluna bilməz"

02 Sent 2020 ABŞ Çinə qarşı siyasətini açıqladı

02 Sent 2020 Ekspertdən BNA-ya AĞIR İTTİHAM… – “Quldurluğa “konsepsiya” adı qoyublar…”

04 Avq 2020 GAMAC Azərbaycan dövləti Və silahlı qüvvələrinə dəstək bəyanatı yayıb

04 Avq 2020 “İnsanlar küçəyə çıxanda hara getsinlər? Hər yer bağlıdır” – Adil Qeybulla

22 Mart 2020 Xəzər Teyyublu koronavirusla bağlı çağırış etdi: “EVDƏ QAL!”

01 Fev 2020 Xəyalə Əhmədova Həsənqaya seçiciləriylə görüşdü - Foto

30 Yan 2020 Xəyalə Əhmədova Güloğlular kəndində seçicilərlə görüşdü - Video

28 Yan 2020 Qarabağ qaziləri Xəyalə Əhmədovanı rəğbətlə qarşıladı - FOTO

24 Yan 2020 Bərdəni qarış-qarış gəzən namizəd - Xəyalə Əhmədova

20 Avq 2019 "MİQ-29"un “qara qutu”su ciddi zədə almayıbsa, Azərbaycanda “oxuna” bilər"

20 Avq 2019 Putin Rusiyadakı etiraz aksiyalarına münasibət bildirdi

Xəbər lenti