|
Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Lənkəran şəhərində Cənub bölgəsi üzrə zona müşavirəsini keçirib. KXCP nin cənub zonasının müşavirəsində Lənkəran, Astara, Masallı, Cəlilabad, Biləsuvar şöbələri rəhbərlərinin iştirakı ilə ictimai-siyasi vəziyyət müzakirə olunub.
Teleqraf.az-ın xəbərinə görə müşavirədə KXCP Sədri Mirmahmud Mirəlioğlu və KXCP Sədrinin müavini Xəzər Teyyublu edib. KXCP Sədri Mirmahmud Mirəlioğlu geniş çıxış edərək, ölkədə və regionda baş verən siyasi proseslər barədə geniş məlumat verib.
Müşavirədə KXCP-nin qarşıdan gələn 3-cü qurultayına hazırlıqla bağlı görülən işlər barədə məlumat dinlənilərək müvafiq tapşırıqlar verilmişdir. Bu ilin noyabr ayında keçiriləcək parlament seçkilərində iştirakla bağlı görünən hazırlıq işləri müşavirənin əsas müzakirə mövzusularından olub.