|
“Azadlıqda olsaydım, mütlәq bu mitinqә qatılardım”
Milli Şuranın martın 15-nə təyin etdiyi mitinq geniş ictimai dəstək qazanıb. Sosial şəbəkələrdə yüzlərlə istifadəçi bu mitinqə ən müxtəlif formalarda dəstəyini ifadə edir. Aksiya üçün facebook-da yaradılmış dəvətə artıq 85 min nəfərə yaxın istifadəçi qoşulub, 3500 nəfər isə iştirakını edəcəyini təsdiqləyib.
Eyni zamanda ayrı-ayrı tanınmış şəsxlər də 15 mart mitinqində iştiraka çağıran müraciətlər edirlər.
Artıq siyasi məhbuslardan da mitinqə dəstək xəbəri gəlib. Tanınmış araşdırmaçı jurnalist Xədicə İsmayıl zəng edərək, dostlarını 15 mart mitinqinə qatılmağa çağırıb. Bu barədə blogger Mehman Hüseynov facebook-da mitinqlə bağlı yaradılmış dəvət səhifəsində məlumat paylaşıb. “Xәdicә İsmayıl bu gün (martın 9-da – red.) zәng elәmişdi. Dedi uşaqlara çatdırın ki, azadlıqda olsaydı, mütlәq bu mitinqә bir vәtәndaş kimi qatılardı”, - deyə M.Hüseynov xəbər verib./Azadloq.info/