|
Bu gün saat 15:00-da Fəvvarələr Meydanında etiraz aksiyası keçirilib.
Aksiya iştirakçıları ölkədə manatın ucuzlaşmasından sora yaranmış süni qiymət artımına öz etirazlarını bildiriblər. Bizimyol.info-nun əməkdaşının verdiyi məlumata görə, bir həftə əvvəl təyin edilmiş aksiyada 100-ə yaxın insan iştirak edib. Şüar səsləndirən iştirakçılardan 9 nəfər polis tərəfindən saxlanılıb. Saxlanılanlar arasında 70 yaşlı təqaüdçü də var. Aksiya iştirakçılarından birinin vəziyyəti pisləşib. Əraziyə Təcili Tibbi Yardım çağrılıb. Aksiyadan fotoları təqdim edirik: