|
Zərifə Məhəddinova: “Bu məlumatı onun müavini Gözəl Bayramlı,bu gün “el anası” kimi bu millətə sırınan Kəmalə Bənənyarlı vasitəsi ilə sosial şəbəkələrdə yaydırdı.”
AXCP Sədrinin keçmiş müavini Razi Nurullayev keçirtdiyi mətbuat konfransında Əli Kərimli haqqında ciddi ittihamlar irəli sürüb. Bu ittihamların ən dəhşətlisi isə partiyada arzuolunmaz insanların çirkin üsullarla şantaj edilməsi itiihamıdır. Razi Nurullayev bildirib ki, Əli Kərimli öz qadın müşaviri Zərifə Məhəddinovanı porno kasetlə şantaj edib.
Bu barədə Teleqraf.az-ın əməkdaşı AXCP Sədrinin keçmiş müşaviri Zərifə Məhəddinovanın münasibətin öyrənib.
AXCP dən istefa verən Razi Nurullayev keçirdiyi mətbuat konfransında deyib ki, " Əli Kərimli öz qadın müşaviri Zərifə Məhəddinovanı porno kasetlə şantaj edirdi." Belə bir hadisə həqiqətən olubmu?
-Bəli,olub.Bu məlumatı onun müavini Gözəl Bayramlı,bu gün “el anası” kimi bu millətə sırınan Kəmalə Bənənyarlı vasitəsi ilə sosial şəbəkələrdə yaydırdı .
O zaman siz nədən Əli Kərimlinin bu şantajını içtimailəşdirmədiniz?Ən azından bəlkə də şatajlardan qorxub susan bir çox insanlara vəsilə ola bilərdiniz.
-Mən hələ indi də heç nəyi ictimailəşdirməmişəm.Üzərimə gələn təhdidlərə,təziqlərə baxırsınızmı heç?
Zərifə Mahəddinova hakimiyyət əleyhinə olan aksiyaların aktiv iştirakçısı kimi tanınır. AXCP və Əli Kərimlinin təbliğatında siz də az iş görməmisiniz. Belə olan halda Əli Kərimlini nə vadar etdi ki sizi bu formada şantajla təhdid etdi?
- Bunu şəxsən Əli Kərimli özü etməyib.
Siz bu şantaj barədə Əli Kərimlinin özü ilə söhbət etdinizmi ?
-Bəli,2 saatlıq söhbətimiz oldu.
Nə dedi ? Hər halda bu işdə onun əli olmadığnı o insanları cəzalandırmaqla bildirməli idi.
-Özünə şikayət etdim ,bu işə kimin rəhbərlik etdiyini , kimlərin icra etdiyini faktlarla nəzərinə çatdırdım . Dedim Əli bəy,sizin adınızdan ictimaiyyətə şübhəli xəbərlər ötürülür.Deyirlər ki,sizin səhifənizdə məni ifşa edən porno disk var.Qətiyyətlə etiraz edərək dedi ki,belə bir şey ola bilməz, məndə belə bir şey yoxdu.Dedim ki,Əli bəy,siz özünüz dəfələrlə böhtana,şantaja,qarayaxmaya məruz qalmiş birisisiniz. Bu cox ağrılıdır.Mən qadınam,özüm də 3 qız anasıyam.Bura Azərbaycandır,belə hərəkətlər yaxşı deyil .Cavabında dedi ki,”sən mübarizəndən qalma! Yoluna davam et! ”Həmin söhbətdən sonra,elə həmin axşam onun müavini artiq rəsmən öz adından mətbuata üstüörtülü açıqlama verdi.Və Əli bəy guya RH-nin iclasında Gözəl Bayramlıya iradını bildirdi!Bu qədər bəsit !9 milyonun qarşısında sənin müavinin açiqlama verir, sənsə 10-20 nəfərin qarşısında irad bildirirsən.Gülünc deyilmi ?
Siz də bundan sonra bu işlərin başında Əli Kərimlinin dayandığını hesab edərək partiyadan istefa verdiniz.Ola bilərmi ki,bu gün də AXCP-də sizə edilən şantaj təhdidləri ilə üzləşə biləcəyindən ehtiyat edərək susub itaət edən insanlar var.
-Əksəriyyəti!Inanın ki,həsəd aparırlar bizə! Həsəd aparırlar ki,siz özünüzdə güc tapıb çıxdınız ordan.
Elşən