|
Müsavat başqanının keçmiş müşaviri Hüseyn Məlik partiyadan istefa verdiyini elan edib.
Teleqraf.az-ın xəbərinə görə o, bu barədə özünün Facebook səhifəsində yazıb. O, istefasının səbəbini belə əsaslandırıb: “Qubad İbadoğlunun haqqında Divanın verdiyi qərara etiraz olaraq Müsavat Partiyasından istefa verdiyimi bəyan edirəm. Mən artıq Müsavat Partiyasının üzvü deyiləm”.
APA xəbər verir ki, Qubad İbadoğlunun partiyadan çıxarılmasına etiraz olaraq Müsavat Partiyası Fizuli rayon təşkilatının sədr müavini Zakir Səfixanoğlu partiyadakı vəzifəsindən, hüquqşünas, Kimya üzrə fəlsəfə doktoru Səftər Nehmətli isə partiyadan istefa veriblər.
Xatırladaq ki, Q. İbadoğlu bu gün Müsavat Divanının qərarına əsasən partiyadan xaric edilib.
Qeyd edək ki, Müsavat Partiyasının keçmiş başqanlığa namizədi Qubad İbadoğlu partiya sıralarından xaric edilib. Buna Müsavat Divanının bu gün keçirilmiş iclasında qərar verilib. Q. İbadoğlunun partiyadan çıxarılması ilə bağlı qərar 12 nəfər lehinə, bir nəfər bitərəf qalmaqla qəbul olunub.