|
AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Arif Mehdi oğlu Quliyev Con Kerri, Pit Uilson, Pols Seymak, Larri Breksler və Kleyborn Pellə 20 Yanvar hadisələri haqqında açıq məktub ünvanlayıb.
Teleqraf.az həmin məktubu oxucularına təqdim edir:
AÇIQ MƏKTUB
Con Kerri, Pit Uilson, Pols Seymak, Larri Breksler və Kleyborn Pell cənablarına
1990-cı ilin yanvar hadisələri ilə əlaqədar M.Qorbaçova göndərdiyiniz məktubla tanışlıqdan sonra sizin nə qədər ya məlumatsız olduğunuzun və ya ABŞ-dakı erməni lobbisinin təsiri altında alçaldığınızın şahidi oldum. Sizə bildirirəm ki, 1988-ci ilin dekabr ayının əvvəllərinə Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmamışdır. 172 kənddən 182 min azərbaycanlı, 18 min kürd və minlərlə rus, yəhudi və başqa millətlərdən olan əhali qovulmuşdur. Onların əmlakları təlan edilmiş, qarlı dağları piyada aşıb Azərbaycana gələn onlarla insan şaxtaya düşüb həlak oldular. Bu, azərbaycanlıların öz doğma dədə-baba yurdlarından sonuncu deportasiyası oldu. Sizin kimilərin erməni vəhşiliklərinin miqyasını dərk etməsi üçün SSRİ Daxili İşlər Nazirliyi tərəfindən o dövrdə yayılmış aşağıdakı faciəvi məlumatı nəzərinizə çatdırmağı lazım bilirəm. İndiki Ermənistan ərazisindən azərbaycanlılar qovularkən ermənilər görünməmiş, orta əsr inkvizasiyasına mənsub olan vəhşiliklərlə 216 azərbaycanlını öldürmüşdülər. Vəhşiləşmiş və sizin kimilərə arxalanmış ermənilər onlardan 2 nəfərin başını kəsmiş, 2 nəfərini diri-diri yandırmış, 1 nəfərini elektrik cərəyanı ilə öldürmüşlər. 29 nəfəri abtobusların təkərləri altına salıb xırt-xəşil etmiş və 40 nəfəri isə döyərək öldürmüşdülər. Bütün bunlardan xəbəri olan Qorbaçov heç bir tədbir görməmiş və əksinə ermənilərə hərtərəfli köməklik göstərmişdir. Sizlər bu qədər "insanpərvər" demokratsınızsa, nə üçün o vaxt Qorbaçova azərbəycanların müdafiəsinə görə məktubla müraciət etmədiniz? Siz yaxşı bilirdiniz ki, Bakıda 1990-cı ilin yanvarında baş verən hadisələri təşkil edənlər kimlər idi. Lakin, bundan 2 ildən bir qədər çox müddətdə baş vermiş 1990-cı ilin yanvar hadısələrindən xəbərdar olan kimi Qorbaçova məktub ünvanlamış və ondan azərbaycanlılara qarşı zəruri tədbirlər görməsini tələb etmiziniz. Bu hadisələrdən 2 il sonra ermənilərin Xocalıda törətdiyi soyqırımının səbəbkarının, məhz, sizin kimilərin olduğunu sübut etdi. Siz doğrudanmı demokratsınız? Separatçıları, terrorçuları dəstəkləyənlər demokrat ola bilərlərmi? Sizlər sadəcə erməni maliyyəsi ilə ulayan yalquzaqlarsınız. Sizlər ermənilərdən də ağır cinayətkarsınız. Siz vəhşiləşmiş erməni cinayətkarlarına havadarlıq etdiyinizə və onların cinayət əməllərini dəstəklədiyinizə görə mənim xalqımdan üzr istəməlisiniz.
Cənab Kleyborn Pell, siz tarixi bilmədən açıq saxtakarlıq erirsiniz. Yadınızda saxlayın ki, Qarabağ tarixən Azərbaycan torpağıdır. Ermənilər Azərbaycan ərazisinə Çar Rusiyası tərəfindən köçürülmüş, onlara Azərbaycan ərazisində indiki Ermənistan adında dövlət yaratmışdır. Siz erməni pulları ilə başı kütləşmiş ikiüzlü, saxtakar “siyasətçi”siniz. Siz nə haqla ABŞ-da otura-otura Azərbaycan ərazilərini paylayırsınız! Bu gün Azərbaycan tolerantlığın dünyəvi nümunəsidir. Siz ki bunu görürsünüz. Bu gün ermənilərin əl-qol açmalarında təqsirkar sizsiniz. Əgər vicdanınız varsa, peşmanlığınızı bildirin və üzr istəyin. Yoxsa, vaxt gələcək siz də Qorbaçovla birlikdə Beynəlxalq Haaqa Məhkəməsində əyləşməli olacaqsınız.
Cənab Con Kerri, siz hazırda özünü insan hüquqlarının müdafiəçisi sayan ABŞ-ın dövlət katibisiniz. Ermənistan tərəfindən hüquqları tapdanmış bir milyondan artıq azərbaycanlı qaçqınların hüquqularının müdafiəsi ilə əlaqədar nə üçün heç bir tədbirin görülməsinə çalışmırsınız? Sizə azərbaycanlılar ümid bəsləyə bilərmi?
Cənablar mən sizdən cavab gözləyirəm. Cəsarətiniz çatırsa, mənə cavab verin.
AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Arif Mehdi oğlu Quliyev.
Əlaqə telefonu: (+99455) 7721810