|
Rusiya prezidenti Vladimir Putin növbəti mətbuat konfransı keçirib.
Rusiya telekanallarının canlı olaraq, yayınladığı mətbuat konfransında Qərbin Rusiyaya qarşı maliyyə-iqtisadi sanksiyaları və ölkənin üzləşdiyi böhranla bağlı məsələlərin ön planda olduğu diqqəti çəkir.
Rusiya prezidenti Vladimir Putinin dediklərindən seçmələr:
- "Soyuq müharibə" vaxtında olduğu kimi indi də "Qərb ölkələrinın səmasında Rusiya hərbi təyyarələri peyda olub. İndi də iqtisadi böhranla üzləşirsiz. Qərbə deyə bilərsinizmi ki, Ukraynaya iddianız yoxdur" - sualına prezident V.Putinin maraqlı cavabı olub: "Suala görə təşəkkür edirəm. Rusiya getdikcə daha ciddi müdafiə olunur. Bizim Qərb tərəfdaşlarımız bundan qıcıqlanır. Bax, Siz strateji aviasiyanın uçuşlarından danışırsız. 90-cı illərdə biz belə uçuşlara tamamilə son qoyduq. Amma amerika aviasiyası əvvəllər necə uçurduda, elə indi də o cür uçur. Niyə? Biz də bir neçə ildir ki, belə uçuşları bərpa etdik. Bizim cəmi 2 xarici hərbi bazamız var, Tacikistanda və Qırğızıstanda... Onların hər ikisi terror mərkəzlərinin yaxınlığındadır. ABŞ-ın isə Avropadakılar da daxil olmaqla, çoxlu hərbi bazaları var. Belə olan halda kimdir, özünü aqressiv aparan, biz, yoxsa ABŞ..? Raketdən Müdafiə Sistemləri haqda razılaşmanı kim pozub? ABŞ... Biz onlara bu sistemlərin genişlənməsini irad tutanda, deyirlər ki, öz işinizlə məşğul olun. Amma biz milli maraqlarımızın təmin olunması şərtilə hamı ilə əməkdaşlığa hazırıq.
- Kremldə siyasi intriqalar yoxdur. Rusiyada dövlət çevrilişi ola bilməz. Hakimiyyəti xalqın əsas hissəsi dəstəkləyir.
- Yanukoviçin devrilməsində Qərbin birbaşa iştirakı oldu. Maydanda "peraşki" paylamaqdan sonra Avropa perspektivi haqda boş vədlərə keçdilər.
- Bzines də daxil olmaqla, fəaliyyətindən asılı olmayaraq, vətəndaşların əsas təminatçısı yalnız güclü Rusiya dövləti ola bilər.
- Pulların xaricdən gətirilməsi qərarının həyata keçirilməsinə şəxsən özüm nəzarət edəcəyəm. Bu addım sərvətin leqallaşdırılmasıdır.
- Xarici qüvvələrlə əlaqəsi olan şəxsləri müxalifət adlandırmaq olmaz. Hakimiyyətə münasibətindən asılı olmayaraq, bütün siyasi qüvvələr vətənpərvər olmalıdırlar.
- Xodorkovski mənə yazdığı əfv ərizəsində "ANAM XƏSTƏDİR" yazdı. Mən də azad etdim. Vətəndaş kimi siyasətlə məşğul olmaq onun öz işidir.
- Valyuta alverçiləri Rusiya bazarının leqal iştirakçılarıdır. Öz xeyrlərini güdürlər. Mən onlarla telefonla da danışıram.
- Türkiyə sürətlə inkişaf edir. Bizdən qaz istədi, niyə imtina etməliyik. Oradan Avropaya qazın nəqli Qərbdən asılıdır. Bu, ən ucuz yoldur.
- Rusiyanın Çin və Türkiyəyə qaz satışı qlobal proseslərlə bağlıdır. Asiyada inkişafın sürəti Avropada böyükdür. ABŞ da ora üz tutur.
- Ukrayna ərazi bütövlüyünü bərpa etmək istəyirsə, oradakı adamlara hörmət etməlidir.
- Minsk sülh danışıqları haqda. Atəşkəs xətti protokolunu Moskva və Kiyev imzaladı. Donetsk isə imzalamadı. Yeni ilə qədər bütün əsirlər azad olunmalıdır.
- Kiyevin ehtiyacı olsa da, Donetskdən kömür almır. Çünki bank sistemi işləmir. Poroşenko sülh istəyir, amma ətrafı ona mane olur.
- Böhranın səbəbinin yalnız 30 faizi Qərbin sanksiyalarıdır. Biz ya müstəqil iqtisadiyyat yaratmalıyıq, ya da məhv olmalıyıq.
- Rusiyadakı böhran Krıma görə intiqamın nəticəsi deyil. Bu, Berlin divarından sonra Rusiyaya qarşı davam edən məkrli planlardır.
- Ukraynada Kiyev cəza əməliyyatları aparır. Orada döyüşən ruslar könüllülərdi, pul almırlar. Biz vasitəçiliyə hazırıq.
- Ukraynalı jurnalistin kəskin suallarına - Ukrayna təyyarəçisi Savchenkonun azad olunmasına-o,jurnalistlərin qətlində ittiham olunur
- Berlin divarı söküləndən sonra Qərb dayanmadı, divarı Rusiyaya tərəf gətirməyə başladı. PRO sistemləri belə divardır.
- Brüsseldə, Avropa Birliyindəki bürokratiya Rusiyadan da pisdir.
- Uzağı 2 ilə Rusiyadakı böhran aradan qalxacaq. Amma bundan əvvəl də baş verə bilər. Mərkəzi Bankın və dövlətin ehtiyatları var (Azadlıq radiosu).