|
Dünən "Qarabağ" (Azərbaycan) – "İnter" (İtaliya) oyununda futbolçumuz Riçard Almeydanın vurduğu qolun heçə sayılması həmyerlilərimizi qəzəbləndirib.
Millət vəkili Aqil Abbas oyunda baş verən xoşagəlməz hadisə ilə əlaqədar Ölkə.az-a danışıb.
""Mənim üçün "Qarabağ" sadəcə hakimlərə uduzdu. Qarabağın dünənki oyununu mən məğlubiyyət hesab etmədim. Mənim üçün "Qarabağ" qalibdir.
UEFA-ya şikayət edilməsi barədə məlumat var, ancaq heç bir şey oyunun nəticələrinə təsir edə bilməz. Bu artıq rəsmiləşib. Sadəcə yəqin ki, həmin hakim cəzalanacaq. Bu isə yaxşıdır, çünki bununla da dünya bilər ki, hakim oyunda qərəzlilik edib. Mən inanıram ki, UEFA təmiz qolu saymayan hakimi mütləq cəzalandıracaq"".
Qeyd edək ki, dünən keçirilən “Qarabağ” (Azərbaycan) – “İnter” (İtaliya) oyununda Çexiyalı hakim komandamızın vurduğu qolu hesaba almamışdı.
Fatimə İbrahimova