|
“Məşədi Dadaş” məscidinin imam-camaatı Hacı Şahin Həsənli Qafqaz Müsəlmanları İdarəsində (QMİ) yeni vəzifə verilib.
Hacı Şahin özü ANS PRESS-ə açıqlamasında bu faktı təsdiqləyib.
O bildirib ki, QMİ-nin səlahiyyətli nümayəndəsi təyin olunub:
"QMİ-nin səlahiyyətli nümayəndəsi idarə adından bəyanat verə bilir. Həmçinin məscidlərin fəaliyyət ilə bağlı məlumatlar hazırlayaraq QMİ-yə təqdim edirlər. Mən də bu istiqamətdə çalışmağa davam edəcəm", - deyə Hacı Şahin söyləyib.