Naxçıvanda dindar kəsimdən olan insanlara təzyiqlərin gücləndiyi bildirilir.

Bu haqda AzadlıqRadiosuna təzyiqlərlə üzləşdiklərini deyən insanların özləri məlumat verib. Şikayətçilərin sözlərinə görə, məzhəblərindən asılı olmayaraq bütün aktiv dindarlar həbs olunur, onlara işgəncələr verilir. Onların demələrinə görə, bütün idarə və müəssisələrə tapşırıq verilib ki, namaz qılanları işdən azad etsinlər. Verilən məlumatlarda muxtar respublikadakı məscidlərin əksəriyyətinin bağlandığı da qeyd edilir.

Məlumatlara görə, bəzi insanlar təqibdən yaxa qurtarmaq üçün Naxçıvanı tərk ediblər.

«ADAMLARI BİR-BİRƏNƏ DÖYDÜRÜBLƏR»

Şərur rayon sakini Vahid Ağayarov da belələrindəndir. O bildirir ki, həbs olunacağı haqda məlumat alan kimi Naxçıvandan çıxıb:

«Prezident dini tolerantlıqdan dəm vurur. Təkcə bizim rayondan 120 nəfər dindarı yığıb aparıblar Penitensiar Xidmətin təcridxanasına. Orada da hörmətli generalımız, Naxçıvanın daxili işlər naziri Əhməd Əhmədov onları soyundurub, şəxsən özü çubuqla döyüb. Daha sonra adamları bir-birənə döydürürüblər. Sünni təriqətinə inanclılara deyirmiş ki, sən şiələri söy, şiədən də əksini tələb edirmiş. Deyib ki, sizi gecə bir-birinizlə yatırdacağam. Elə sözlər deyib ki, dilə gətirməli deyil. Məscidə ildə bir dəfə gələnləri də tutub aparıblar».

«XALQI SEVƏN ADAM HEÇ NƏDƏN QORXMAMALIDIR»

Vahid Ağayarov deyir ki, yerli hakimiyyət bəzi dindarların xarici ölkələrdəki təşkilatların təsiri altına düşdüyündən şübhələnir. O düşünür ki, bütün dindarları kütləvi tutmaqda məqsəd də həmin şəxsləri müəyyənləşdirmək olub:

«Əslində dindarları bir yerə toplamaqda məqsəd maarifləndirici tədbir olub. Təlimat vermək istəyirmişlər ki, qoşulmasınlar belə işlərə. Təlimatı da «razborka» kimi aparırlar. Ortada fakt varsa, kimsə hansısa ölkəyə işləyirsə, cəzasını ver. Çoxlarını 1-2 gün saxlayıb, buraxırlar. İŞİD-dən qorxurlar. Sünniləri İŞİD-dən uzaq durmağı xəbərdar edib buraxıblar. İrana işləməkdə günahlandırılan şiələr isə hələ də içəridədirlər. Xalqı sevən adam heç nədən qorxmamalıdır. Sevmirsə, demək hər şeydən vəsvəsəyə düşəcək. Niyə var-yox söyürsən, arvad-uşaqları söyürsən, yaşlı adamları yerə yıxıb lüt soyundurub döyürsən. Bir gün sonra da günahsız olduğunu görüb, buraxırsan. Əgər bunun günahı yoxsa, niyə hamını bir-birinə qatıb döyürsən?».

«XƏBƏRDARLIQ ETDİLƏR Kİ, MƏSCİDLƏRƏ GETMƏYƏK, İKİ DİNDAR BIR YERDƏ GÖRÜNMƏYƏK»

Təhlükəsizliyi baxımından adının çəkilməsini istəməyən insanlardan biri isə 2 sutka təcridxanada saxlandıqdan sonra buraxıldığını deyir. O, işgəncəyə məruz qaldığını da iddia edir:

«Bütün eşitdikləriniz doğrudur. Olmazın işgəncəyə məruz qoydular. Bütün təcridxana dindarlarla doludur. Bir qrupu günahsız hesab edib buraxdılar. Buna baxmayaraq, hamıya işgəncə verdilər, təhqir etdilər. Həm də nazir səviyyəsində. Xəbərdarlıq etdilər ki, məscidlərə getməyək, iki dindar bir yerdə görünməyək. Belə hal olarsa, bizi təkrar həbs edəcəklərini bildirdilər. Çıxıb gördük ki, bütün məscidlərin qapısının qıfıllarını sındırıb, yeni qıfıl vurublar».

«PREZİDENTƏ YAZMIŞAM, 102-YƏ ZƏNG EDİB DEMİŞƏM»

Şərur rayon sakini Sahib Ömərov isə bildirir ki, polislərin onu axtardığını eşidən kimi muxtar respublikanı tərk edib:

«İndi deyil ki, neçə ildir bu şeylər olur. İncidirlər, hər şey edirlər. Naxçıvanı bilmirsiniz? Naxçıvanın hallı bəllidir da. Təxminən 5-6 ay öncə mən də işgəncəyə məruz qalmışam. Ona görə eşidən kimi tərk etdim Naxçıvanı. Mənə olan işgəncələrlə bağlı prezidentə yazmışam, 102-yə zəng edib demişəm. Bir dəfə cavab gəldi ki, işə baxılacaq. Gəlib evdən aparırlar. Yorulmuşam təqiblərdən. Xahiş edirəm bu məsələni isti-isti ictimailəşdirin. Təcridxanada insanlar var, bilinmir ki, ölüb, ya qalıb».

Bütün bu şikayətlərəaydınlıq gətirmək üçün AzadlıqRadiosu Azərbaycan Daxili İşlər Nazirliyi (DİN ) ilə əlaqə saxlayıb. Nazirliyin Mətbuat Xidmətinin şöbə rəisiOrxan Mansurzadə AzadlıqRadiosu əməkdaşına Naxçıvan Muxtar Respublika DİN ilə əlaqə saxlamağı məsləhət görüb.

«NAZİR HEÇ KİMƏ İŞGƏNCƏ VERMİR»

Naxçıvan Muxtar Respublika DİN-dən dindarların həbsindən xəbərsiz olduqlarını bildirdilər:

«Bizdə belə fakt qeydə alınmayıb. Heç bir dindar saxlanmayıb. Yalan məlumatdır. Belə hadisə qeydə almamışıq. Bura belə adamlar gətirilməyib. Nazir də heç kimə işgəncə vermir».

Naxçıvan Muxtar Respublika Ədliyyə Nazirliyindən isə ibadətlə məşğul olan insanların Penitensiar Xidmətin təcridxanasında saxlanıb-saxlanmaması ilə bağlı suallarımızı cavabsız qoyublar.

Bölməyə aid digər xəbərlər

04 May 2024 ABŞ-ın Stirlinq Fondu Azərbaycanda mina təhlükəsi ilə bağlı maliyyə yardımı ayıracaq

27 Apr 2024 Bazar günü Bakıda 31 dərəcə isti olacaq

26 Avq 2023 Beton tökən qurğu Ordubad sakininin ölümünə səbəb olub

19 İyul 2023 İranın şimalında 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

19 İyul 2023 Seçkilərin ilkin mərhələsinin NƏTİCƏLƏRİ

24 Sent 2022 Xəzər Teyyublunun avtomobilini oğurlamağa cəhd ediblər

01 İyun 2022 Bu ilin əvvəlindən Afrikada 70-ə yaxın insan meymunçiçəyindən ölüb

13 Mart 2022 Bu gün 19 mindən çox şagird buraxılış imtahanı verəcək

13 Mart 2022 Moskvada Rüstəm İbrahimbəyovla vida mərasimi başlayıb - FOTO

05 Yan 2022 Şuşada təzə məscid tikilir, 6 bina söküləcək

10 Noy 2021 Sumqayıt bələdiyyəsinin şefi adamdöyən bacıoğlunu həbsdən çıxarır - Təfsilat

09 Noy 2021 Muradov Xankəndinə gəlir

30 Okt 2021 Müdafiə naziri qoşunlara tapşırıqlar verdi

28 Okt 2021 Bakıda daha bir məktəb distant tədrisə keçib

26 Sent 2021 Sabah hər kəs eyvanından bayraq assın...

19 Sent 2021 Azərbaycanda son sutkada 1734 nəfər COVID-19-a yoluxub, 25 nəfər vəfat edib

17 Sent 2021 İlham Əliyev Xalq artistinə mənzil hədiyyə etdi

16 Sent 2020 “Uşaqlarımın paltarları olmadığı üçün məktəbə getməyəcəklər” – Göyçay sakini

03 Sent 2020 “Belarusun bu günü ilə o dövrün Azərbaycanı müqayisə oluna bilməz"

02 Sent 2020 ABŞ Çinə qarşı siyasətini açıqladı

02 Sent 2020 Ekspertdən BNA-ya AĞIR İTTİHAM… – “Quldurluğa “konsepsiya” adı qoyublar…”

04 Avq 2020 GAMAC Azərbaycan dövləti Və silahlı qüvvələrinə dəstək bəyanatı yayıb

04 Avq 2020 “İnsanlar küçəyə çıxanda hara getsinlər? Hər yer bağlıdır” – Adil Qeybulla

22 Mart 2020 Xəzər Teyyublu koronavirusla bağlı çağırış etdi: “EVDƏ QAL!”

01 Fev 2020 Xəyalə Əhmədova Həsənqaya seçiciləriylə görüşdü - Foto

30 Yan 2020 Xəyalə Əhmədova Güloğlular kəndində seçicilərlə görüşdü - Video

28 Yan 2020 Qarabağ qaziləri Xəyalə Əhmədovanı rəğbətlə qarşıladı - FOTO

24 Yan 2020 Bərdəni qarış-qarış gəzən namizəd - Xəyalə Əhmədova

20 Avq 2019 "MİQ-29"un “qara qutu”su ciddi zədə almayıbsa, Azərbaycanda “oxuna” bilər"

20 Avq 2019 Putin Rusiyadakı etiraz aksiyalarına münasibət bildirdi

Xəbər lenti