|
Xəzər dənizində zəlzələ olub.
APA-nın Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, yerli vaxtla 21:04- də, Xəzər dənizində 3,8 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələnin ocağı 58 km dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.