|
Sadaxlı kəndində toyda 200 dək qonaq zəhərləndi.
Teleqraf.az-ın xəbərinə görə, Marneuli Bələdiyyəsinin Sadaxlı kəndində 200 dək sakində yeməkdən intoksikasiya faktı qeydə alındı
Zəhərələnənləri Marneulinin iki, həmçinin Rustavinin, Bolnisin və Tbilisinin klinikalarına yerləşdirdilər. Onlar arasında azyaşlılarda var. Uşaqların hazırda vəziyyəti stabildir.
Dünən gecə saatlarında Baş Nazir Qiorqi Qviriqaşvili, Səhiyə Nazirinin Müavini, Kvemo Kartli Qubernatoru və İcra Başçısı Marneulidə zəhərlənənlərə baş çəkdilər.
Sözü gedən faktla bağlı Kənd Təsərrüfatı Nazirliyinin Milli Ərzaq Agentliyinin mütəxəssisləri, operativ tədbirlər aparırlar. Yeməkdən intoksikasiya faktı ilə bağlı agentliyin nümayəndələri dərhal hadisə yerinə gedərək müxtəlif 13 ədəd ərzaqdan nümunə götürüblər, şadlıq sarayının soyuducularını möhürləyiblər.
Hazırda biznesoperatorun plansız yoxlanışı davam edir. Ərzaqların laboratoriya və müfəttiş araşdırmalarından sonra qanun ilə nəzərdə tutulan sanksiyalar aparılacaq.
Anar Rəsul
Zəhərlənənlərin vəziyyəti ilə tanış olmaq üçün İcra Başçısı Merab Topçişvili bu gün səhərdən yenə də mərkəzi xəstəxanaya baş çəkdi. Orada tibb işçiləri və pasientlərin yaxınları ilə danışıqlar aparıldı. Hazırda pasientlər mərhələ ilə xəstəxanadan evə yazılırlar.