|
Azərbaycan Müdafiə Nazirliyi yerli kütləvi informasiya vasitələrinin rəhbərlərinə müraciət edib.
Teleqraf.az xəbər verir ki, “Cəbhəboyu zonada vəziyyətin həssaslığını” nəzərə alan Müdafiə Nazirliyimüraciətində anonim və qeyri-rəsmi mənbələrdən əldə edilən hərbi məlumatların yayılmasının yolverilməz olduğunu bildirib. Nazirlik bəyan edib ki, əksər hallarda araşdırılmadan bu tipli xəbərlərin qeyri-dəqiq formada yayılmasının düşmənin maraqlarına xidmət etdiyini nəzərə alaraq, bu mövzuda xəbərlərin Müdafiə Nazirliyinin rəsmi açıqlaması olmadan və dəqiqləşdirmə aparılmadan ictimailəşdirilməsinin qarşısının alınması tövsiyə edilir.