|
Misir hökuməti sabiq prezident Məhəmməd Mursini rəsmən terrorçu elan edib.
"Anadolu" agentliyi xəbər verir ki, Misir Konstitusiya Məhkəməsinin cari ilin aprelində eks-prezidentin adının terrorçular siyahısına salınması haqda qərarı rəsmi qəzetdə dərc olunub.
Qərar 3 il müddətində qüvvədə qalacaq.
Bundan əlavə, "Müsəlman qardaşlar" (İhvan) təşkilatı və 34 nəfərin də adı terrorçular siyahısına daxil edilib.
Qeyd edək ki, M.Mursi 2013-cü il iyulun 3-də Misir prezidenti vəzifəsindən kənarlaşdırılıb.
Report