|
İki gün öncə Gədəbəydə 6 avtomobili yandıran Novruz Vəliyev Qazax Rayonlararası Ruhi Dispanserinə yerləşdirilib.
"Report"un Qərb bürosunun məlumatına görə, 25 yaşlı Fərzalı kənd sakini Novruz Vəliyev iyunun 25-i gecə saatlarında alışqan və benzin götürərək 2 ədəd "Niva", 2 ədəd “QAZ 53”, 1 ədəd “UAZ” və 1 ədəd də “Zil” markalı maşını yandırıraq tam yararsız hala salıb.
Kənd sakinlərinin sözlərinə görə, N.Vəliyev ali məktəbi bitirib rayona qayıtdıqdan sonra onda psixoloji problemlər yaranıb. Polis tərəfindən saxlanılan gənc daha sonra ruhi xəstəxanaya göndərilib.