|
Bakıda orta məktəbdə bıçaqlanma hadisəsi olub.
APA-nın məlumatına görə, hadisə bir neçə gün əvvəl Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 271 saylı orta məktəbdə qeydə alınıb. Həmin məktəbin şagirdi, 15 yaşlı Rüstəm Camalov 14 yaşlı Bayraməli İmanovu bıçaqlayıb. Qarın nahiyəsindən ağır bıçaq xəsarəti alan şagird xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
271 saylı orta məktəbin direktoru Səməndər Məmmədov Lent.az-a bildirib ki, hadisə təxminən 1 ay əvvəl baş verib: “Özü də hadisə gecə saat 10-da məktəbdən kənarda olub. Aidiyyatı orqanlar bu işlə məşğul olub və iş artıq bağlanıb. Bu hadisənin orta məktəbə heç bir aidiyyatı yoxdur”.