|
Türkiyənin Kastamonu vilayətində yaşayan ermənilər Almaniya parlamentinin "soyqırım" qərarına etiraz ediblər.
Axar.az xəbər verir ki, vilayətin Bağlı Qapaqlı kəndində yaşayan 80 yaşlı Sərkiz Durak bu qərarla razılaşmadıqlarını bildiriblər.
"Bu "soyqırım" uydurma bir şeydir. Dünya dövlətləri o vaxt bir-birlərini qırıblar, onlar bunu ört-basdır ediblər. O vaxt Türkiyədən ölənlər olmadı? Niyə türklər bizə qarşı soyqırım oldu deyə danışmırlar? Almaniyanın bu qərarı ədəbsizlikdir. Bu soyqırımı qəbul etmirik. Bizim babalarımız həmişə bu bölgədə yaşayıb. Biz belə bir şey eşitməmişik. Ermənilər bunu hardan çıxarıblar?", - Sərkiz Durak deyib.
75 yaşlı erməni əsilli Mustafa Özçəlik isə türklərdən yaxşı yaşadıqlarını bildirib:
"Türklər ermənilərə qarşı soyqırım törətməyib. Bu mövzuda heç nə eşitməmişəm. Bunu özləri ortaya çıxarıb. Biz burada türklərdən yaxşı yaşayırıq".