|
Beynəlxalq Bankın İdarə Heyətinin həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti artırılıb.
Bu barədə vəkil Aqil Layıcov məlumat verib.
Qeyd edək ki, ötən il dekabrın 5-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə C.Hacıyevin barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Həmin müddət bir neçə dəfə artırılıb.
C.Hacıyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən ittiham olunur.