|
Dövlət Sərhəd Xidmətinin Göytəpə şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
DSX-nın mətbuat xidmətindənTeleqraf.az-a verilən məlumata görə, gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı, general-polkovnikElçin Quliyevin təbriki çatdırılıb.
Mərasimdə çıxış edən valideynlər yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, gənc əsgərləri təbrik edərək onlara Vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanmağı arzulayıb.