|
Keçmiş siyasi məhbus Tofiq Yaqublu növbəti dəfə haqsızlıqla üzləşib. Belə ki, o nun Gürcüstana keçməsinə imkan verilməyib və bildirilib ki, ölkədən çıxşına “stop” qoyulub.
Bu haqda Tofiq Yaqublu öz “facebook” səhifəsində yazıb: “Bunlar mənə bunu da yapacaqdılar. Şərləyərək həbs etdilər. Bu üzdən Nərgizimin nə gəlin köçəndə yanında ola bildim, nə də həyatdan köçəndə. Həyatımın 3 il 2 ayını çaldılar. Həbsdən çıxdıqdan sonra ilk dəfə doğma el-obama, Borçalıya, dünyanın ən gözəl kəndi Incəoğluya gedirdim. Həm qohum-qardaşla görüşməyə, həm də vacib hüzr məclisində iştirak etməyə. Amma zibillik içində olan Sınıq Körpü sərhəd məntəqəsində bildirdilər ki, mənə stop qoyulub, ölkədən çıxa bilmərəm. İndi bunlara nə deyəsən?”