|
Azərbaycanda zəlzələ qeyd alınıb. Hələlik ölən və yaralıların olduğu haqqında dəqiq məlumat verilməyib.
Teleqraf.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanlar Şamaxı rayonu ərazisində hiss edilib. Bu gecə saat 02:44-də qeydə alınmış zəlzələnin maqnitudası 3.5 olub. Pirqulu kəndindən 22 kilometr cənub-qərbdə baş vermiş təbiət zəlzələnin ocağı yer səthindən 6 kilometr dərinlikdə olub.
Hadisədən sonra dağıntı və insan tələfatı haqqında dəqiq məlumat verilməyib. Təbii fəlakətin fəsadları araşdırılır.