|
Qəbələdə intihar hadisəsi baş verib.
Teleqraf.az xəbər verir ki, rayonun Tola kənd sakini özünü asıb.
Hüquq-mühafizə orqanlarından ANS PRESS-ə verilən məlumata görə, kənd sakini, 1972-ci il təvəllüdlü Elçin Abdullayev özünü evinin yaxınlığındakı meşə zolağında asaraq intihar edib.
Mərhumun asılmış meyitini ailə üzvləri aşkar ediblər.
Kənd sakinlərinin verdiyi məlumata görə, Elçin Abdullayevin oğlu aprel ayının 1-də hərbi xidmətdən qayıdıb.
Onun kənd ərazisində mağaza işlətdiyi, ancaq banklara kredit borcu olduğu bildirilir.
Faktla bağlı Qəbələ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.