|
Anar Abel oğlu Məhərrəmov Azərbaycanın İspaniyadakı fövqəladə və səlahiyyətli səfiri təyin olunub.
Prezident İlham Əliyev aprelin 5-də bununla bağlı sərəncam imzalayıb. Bu haqda prezident.az saytı xəbər verir.
Sərəncamla A. Məhərrəmova ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib.
APA A. Məhərrəmovun Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun oğlu olduğunu bildirir.
Bundan başqa Məsim Hacıyev Azərbaycanın İstanbulda baş konsulu təyin olunub.
Ölkə başçısı digər sərəncamı ilə Azərbaycanın İranın Təbriz şəhərindəki baş konsulu Əli Əlizadə geri çağırılıb.