|
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin qətli ilə bağlı təqsirləndirilən Elşən İsmayılov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmə kollegiyasının hökmü ilə Elşən İsmayılov 13 il, Arif Əliyev 12 il 6 ay, Camal Məmmədov 11 il, Samir Mustafayev 9 il , Kənan Mədətov 9 il müddətinə azadlıqdan məhrum edilib.