|
Almaniya prezidentinin qaldığı oteldə yanğın baş verib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, yanğın Pekində Almaniya prezidenti Yoahim Qaukun qaldığı “Hyatt Hotel Grand”da qeydə alınıb. Məlumata görə, yanğın 18-ci mərtəbədə yerləşən mətbəxlərin birində başlayıb. Almaniya prezidentinin nömrəsi isə 16-ci mərtəbədə yerləşir.
Hadisə zamanı Qauk oteldə deyil, Almaniya səfirliyində olub.
İlkin məlumata görə, yanğın söndürülüb və hadisə nəticəsində xəsarət alan olmayıb.
Yayılan məlumatlarda bildirilir ki, hadisənin səbəbləri araşdırılana qədər prezident Almaniya səfirliyində qalacaq.