|
Bu gün Bərdə rayonunda qətl törədilib. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, rayonun Alaçadırlı kəndində 1990-cı il təvəllüdlü Allahverdiyev Tural Vidadi oğlu tanışı, 24 yaşlı Məkan İsmayılovu bıçaqlayaraq qətlə yetirib.
Faktla bağlı cinayət işi açılıb. Hadisənin borc pul üstündə baş verdiyi bildirilir.
Qətl törədən T.Allahverdiyev bir müddət əvvəl vəfat etmiş tanınmış müğənni Vidadi Bərdəlinin oğludur.
Lent.az-ın əməkdaşı xəbəri dəqiqləşdirmək üçün V.Bərdəlinin qızı Aytac Vidadiqızı ilə əlaqə saxlayıb. A.Vidadiqızı Tural adlı qardaşının olmadığını bildirsə də, Bərdə rayon Polis Şöbəsindən qətl törədən 26 yaşlı Allahverdiyev Tural Vidadi oğlunun məhz mərhum müğənni Vidadi Bərdəlinin oğlu olduğunu təsdiqləyiblər.