04 mart 2016-cı ildə Klsassik Xalq Cəbhəsi Partiyası Sədr Aparatının növbəti yığıncağı keçirilmişdir. Teleqraf.az xəbər verir ki,toplantıda içtimai siyasi vəziyyət, ölkədəki iqtisadi böhrandan çıxış yolları, yerlərdə təşkil olunan böhran masalarından gələn təkliflər müzakirə olunmuşdur. Sədr Aparatının yığıncağında Ali Məclisin 13 mart 2016-cı il tarixli sesiyasına hazırlığın vəziyyəti, Ali Məclisin 1/3 tərkibinə keçiriləcək seçkilərdə iştirak edəcək namizədlərlə bağlı müzakirələr aparılmışdır. Toplantıda rayon – şəhər şöbələrindəki vəziyyət, qarşıda duran vəzifələr və təşkilati məsələlər müzakirə edilmişdir.