|
İsmayıllı rayon Polis Şöbəsinin rəisi işdən çıxarılıb.
APA-nın məlumatına görə, şöbənin rəisi Nizami Qocayev xidmətdə olmanın son yaş həddi ilə bağlı tutduğu vəzifədən kənarlaşdırılıb.
Rayon Polis Şöbəsindən N.Qocayevin işdən çıxarılması xəbərini təsdiqləyiblər. Bildirilib ki, şöbənin rəisi vəzifəsini hazırda rəis müavini Şöhrət Kərimov icra edir.
Məlumata görə, N.Qocayev daha yüksək vəzifəyə təyinat alıb.
18:35
İsmayıllı rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad edilən Nizami Qocayev Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin Gəncə şəhəri üzrə icra idarəsinin rəisi təyin edilib.
Bununla bağlı ədliyyə naziri Fikrət Məmmədov müvafiq əmr imzalayıb.