|
Ağcabədi rayonunda 10 gün əvvəl özünü yandıran qadın dünyasını dəyişib.
APA-nın məlumatına görə, 1964-cü il təvəllüdlü Ələkbərova Zərnişan Şəfayət qızı fevralın 9-da müalicə aldığı Respublika Yanıq Mərəzində dünyasını dəyişib.
Qeyd edək ki, məlum hadisə fevralın 1-də Ağcabədi şəhərində qeydə alınıb. Şəhər sakini, 1964-cü il təvəllüdlü Ələkbərova Zərnişan Şəfayət qızı özünü yandırıb. Qadının vəziyyətinin ağır olduğundan müalicə üçün Bakıya göndərildiyi bildirilir.
Z. Ələkbərova Ağcabədi rayonunda yerləşən 14 saylı orta məktəbin müəlliməsi olub.