|
Cəbhənin təmas xəttində Azərbaycanın açdığı atəş nəticəsində bir erməni əsgəri öldürülüb.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Qarabağın separatçı qurumu yayıb. Öldürülən əsgərin adının 1996-cı il təvəllüdlü Simon Çavrşyan olduğu bildirilib.
Qeyd edək ki, fevralın 3-də saat 17.50 radələrində Azərbaycan-Ermənistan sərhədində düşmənin təxribatı nəticəsində hərbi qulluqçumuz əsgər Mirzəyev İmran Xudaverdi oğlu şəhid olub. Silahlı Qüvvələrimizin həmin istiqamətdə yerləşən bölmələrinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində təxribat qrupunun 3 nəfər üzvü məhv edilib. Ermənilər məhv edilən əsgərlərindən yalnız birinin adını açıqlayıb.