|
Pakistan məhkəməsi keçmiş prezident Pervez Musharrafa bəraət verib.
O 2006-cı ildə Bəlucistan millətçilərinin lideri Akbar Bugtinin qətlində ittiham olunurdu.
Məhkəmə Pervez Musharraf və bu qətldə adları hallanan bütün şəxslərə bəraət verib.
Bu Musharrafın üzləşdiyi 3 məhkəmə işindən biridir.
Bəlucistan əyalətinin müstəqilliyi uğrunda mübarizə aparan Akbar Bugti 2006-cı ilin avqustunda keçirilən əməliyyat zamanı öldürülüb.
Pevez Musharraf həmin vaxt hakimiyyətdə idi.
Keçmiş prezident bundan başqa 2007-ci ildə keçmiş baş nazir Benazir Bhuttonun qətlində və həmin il konstitusiyanın fəaliyyətini dayandıraraq ölkədə fövqəladə vəziyyət rejimi elan etməkdə ittiham olunur.
O, 2001-2008-ci illərdə Pakistan prezidenti olub.