|
Satış kotirovkalarının kəskin enişi səbəbindən Çin fond birjalarının fəaliyyətini dayandırıb.
Teleqraf.az Avropa.info-ya istinadən xəbər verir ki, birjaların fəaliyyəti açılışdan cəmi saat yarım sonra dayandırılıb. Şanxay birjasının fond indeksi “Shanghai Composite” 7,38% düşüb. Çin ticarət aktivliyini müəyyən edən əsas birja indeksi “Shenzhen Component” 8,35%lik eniş yaşayıb.
Sərmayədarlar arasında panikaya səbəb Çin Mərkəzi Bankının milli valyutanın kursunu 1 dollar üçün 6,5646 yuan müəyyən etməsi olub. Yuanın devalvasiyası kapitalın ölkədən çıxarılması qorxusu yaradıb.
300-dən çox nəhəng şirkətin səhmlərinin 7%-dən çox düşməsi birjanın fəaliyyətini günün sonunadək dayandırması deməkdir. 1600-dan çox şirkətin aksiyaları 10%-dən çox düşüb.