|
ABŞ dövlət rəsmiləri şənbə günü Hörmüz boğazında olan təyyarədaşıyan gəminin İran tərəfindən hücuma məruz qaldığını açıqlayıb.
Avropa.info xəbər verir ki, dövlət rəsmilərinin açıqlamasına görə bu ölkəyə məxsus təyyarədaşıyan gəmiyə Hörmüz boğazında ikən 1500 metrdən bir mərmi atılıb.
“Associated Press”-in yaydığı xəbərdə gəmiyə dəyməyən mərminin sabotaj məqsədli olduğu bildirilir.
ABŞ rəsmisi Herri S. Truman bundan başqa İran İnqilab Keşikçiləri Taborunun Ərəb dənizi və Bəsrə körfəzində hərbi təlimlər keçirdiyini söyləyib.
Gəminin İranın dəniz sərhədinə girmədiyini vurğulayan Truman raketin 1500 metr məsafədə yerləşən mövqelərdən atıldığını söyləyib.
İran tərəfi isə məsələylə bağlı açıqlama verməyib.