Dekabrın 29-da Yevlax rayonunda zəlzələ olub.
Zəlzələ səhər saat 09.17-də Mingəçevirdən 28 kilometr cənubda qeydə alınıb. Yeraltı təkanın maqnitudası 3.2 olub, ocağı isə 32 kilometr dərinlikdə yerləşib.
Zəlzələ hiss olunmayıb.
Məlumatı Respublika Seysmoloji Xidmət Mərkəzi yayıb.