|
Bu gün Sabunçu rayonu Ramana qəsəbəsi südçülük sovxozunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.az xəbər vüerir ki, 12-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, 1989-cu il təvəllüdlü Orucov Əli saat 19:50 radələrində ailə məişət zəminində özünə qarın nahiyəsindən bıçaqla xəsarət yetirib.
Həmin şəxsin yaxınlarının polisə verdiyi məlumata görə, Əli Orucov 2007-ci ildə ruhi əsəb dispanserində qeydiyyatda olub.
O, aldığı xəsarətlər nəticəsində 3 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə qarnının və iç divarının deşilmiş, kəsilmiş diaqnozu ilə əməliyyat edilərək palataya yerləşdirilib. Hal-hazırda vəziyyəti orta qiymətləndirilir.