|
Dekabrın 12-nə keçən gecə Ermənistan-Azərbaycan sərhədində, qoşunların təmas xəttində intensiv atışma olub. Gecə döyüşləri daha bir erməni işğalçısının məhv edilməsi ilə nəticələnib.
Virtualaz.org saytı xəbər verir ki, erməni KİV-ləri atışma nəticəsində erməni ordusunun hərbi qulluqçusu, 20 yaşlı Karen Qriqoryanın öldürülməsi barədə məlumat yayıb.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi erməni silahlı qüvvələrinin atəşkəsi son bir sutka ərzində 88 dəfə pozması barədə məlumat yayıb.
Qeyd edək ki, “DQR” “ordusu”nun müqavilə üzrə xidmət edən hərbi qulluqçusu, 1994-cü il təvəllüdlü Vardan Vardanyan da dünən saat 08:50-də baş təmas xəttinin şərq istiqamətində verən atışma nəticəsində öldürülüb.