Şimali Koreya hidrogen bombasına malikdir. APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Şimali Koreyanın başçısı Kim Çen In bəyan edib.
“Biz Vətənimizin müstəqilliyini və şərəfini nüvə və hidrogen bombaları ilə qoruya biləcək qüdrətli dövlətə çevrilmişik”, deyə Kim Çen In Pxenyanda silah zavoduna baş çəkərkən bildirib.
O, həmçinin ölkədə hərbi sənaye kompleksinin inkişafının davam etdirilməsinin vacibliyini vurğulayıb.
Qeyd olunur ki, bu, Şimali Koreya tərəfindən hidrogen bombasının işlənib hazırlanmasına dair ilk məlumatdır.