|
Azərbaycanda nazirliyin şöbə müdiri vəzifəsindən azad edilib.
"Report" xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəşad Məcidov işdən çıxarılıb.
Kənd Təsərrüfatı Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murtuzəli Hacıyev bildirib ki, R.Məcidov öz ərizəsi əsasında işdən azad olunub.
Hələlik R.Məcidovun yerinə təyinat olmayıb və nazirliyin beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsi boşdur.