|
Türkiyə polisi İstanbul başda olmaqla 13 vilayətdə əməliyyata start verib.
Avropa.info xəbər verir ki, İstanbul prokurorluğu 22 iyulda başladılan "paralel dövlət" iddiaları ilə bağlı istintaq çərçivəsində 27 polis haqqında həbs qərarı qəbul edib.
Əməliyyat zamanı Baş Polis İdarəsinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin sabiq rəisi Mehmet Yeşilkaya, rəis müavini Osman Balçı, idarənin şöbə müdiri rəisi Alparslan Çalışqan, İstanbul Maliyyə Cinayətləri ilə Mübarizə idarəsinin sabiq rəis müavini Yasin Topçu ilə baş komissar Mehmet Akif Üner də daxil olmaqla 18 nəfər həbs olunub.
İstanbulun sabiq polis rəisi Həmzə Tosunun isə həbs edilməsi üçün əməliyyat-axtarış tədbirləri keçirilir.
Əməliyyatın davam etdiyi bildirilir.