|
Türkiyənin Almaniyanın Ştutqart şəhərindəki baş konsulluğunun binasına boya ilə dolu torbalar atılıb.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda Ştutqart polisi açıqlama yayıb.
Məlumata görə, konsulluq binasının ön divarına boya ilə dolu 10 torba atılıb. Hadisənin törədilməsində siyasi motivin olub-olmaması araşdırılır.
Açıqlamada bildirilib ki, hadisədən öncə konsulluğa qarşı hədələyici çıxışlar olmayıb.
Hadisəni törədənin kimliyi bilinmir.