|
Gəncə sakini özünü bıçaqlayıb. Hadisə Kəpəz rayonu ərazisində qeydə alınıb.
Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxansından ANS PRESS-ə verilən məlumata görə, Cavad xan qəsəbəsi, Komandirlər küçəsində yaşayan 1987-ci il təvəllüdlü Azər Xalıq oğlu Baxşəliyev qarnının kəsilmiş deşilmiş yarası xəsarəti ilə xəstəxanaya çatdırılıb. Həkimlər dərhal onun üzərində cərrahiyyə əməliyyatı aparıblar. Xəstənin vəziyyətinin orta ağır olduğu bildirilir.
Xəsarət alan şəxsin hansı səbəbdən yaralandığını araşdırmaq üçün əraziyə polis əməkdaşları cəlb edilib. Azər Baxşəliyev ilkin ifadəsində həyat yoldaşı ilə mübahisə etdiyini, bu səbəbdən də özünü bıçaqladığını deyib.
Faktla bağlı Gəncə Şəhər Polis İdarəsində araşdırma aparılır.
Oktyabr ayının 26-da Şəmkir sakini olan 26 yaşlı qadın da oxşar üsula əl atmışdı. O, əsəbləşib özünü bıçaqlamışdı.