|
Azərbaycanda sirkə turşusu içən qadın xəstəxanada ölüb.
Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından ANS PRESS-ə verilən məlumata görə, Goranboy rayonunun Dəliməmmədli qəsəbəsi, Ə. Fərəcov 56 ünvanında yaşayan qəsəbə sakini, 1990-cı il təvəllüdlü Gülnarə İmamverdi qızı Xıdırova sirkə turşusundan ağır zəhərlənmə dioqnozu ilə xəstəxanaya gətirilib.
Reanimasiya şöbəsinə yerləşdirilən qadına dərhal lazımı tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. O, Təcili Yardım Xəstəxanasında keçinib.
Yaxınlarının sözlərinə görə Gülnarə Xıdırova intihar etmək istəyib. 25 yaşlı qız subay olub.
Faktla bağlı Goranboy rayon Prokurorluğunda araşdırma aparılır.
Üç gün əvvəl isə Gəncə sakini intihar məqsədi ilə sirkə turşusu içmişdi. Məhsəti qəsəbəsi sakini 1960-cı il təvəllüdlü Şahin Qəmbər oğlu Nəsibov zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilmış və onun həyatını xilas etmək mümkün olmuşdu.
Oktyabr ayının 12-də də Bakıda qadın özünü öldürmək üçün sirkə turşusu içmişdi.
Nərimanov rayonu ərazisində yaşayan Nigar Abbaszadə içdiyi mayedən zəhərlənmiş və xəstəxanaya gətirilmişdi. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmamışdı.