|
Oktyabrın 9-da axşam saatlarında qoşunların təmas xəttində düşmənlə döyüş toqquşması zamanı Silahlı Qüvvələrimizin bölmələrinin qarşı tərəfə vurduğu zərbələr nəticəsində düşmənin 6 nəfərədək hərbi qulluqçusu məhv edilib, çoxlu sayda yaralısı var.
Teleqraf.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, ordumuzun bir hərbi qulluqçusu yaralanıb.
Silahlı Qüvvələrimizin bölmələri bütün cəbhəboyu əməliyyat şəraitinə tam nəzarət edir.