|
İŞİD-in “əl-Qaidə”-nin qurucusu və sabiq lideri Usamə ben Ladeni öldürən əsgərin ünvanını yaydığı bildirilir.
Avropa.info xəbər verir ki, İŞİD-in 2011-ci ildə ABŞ ordusunun təşkil etdiyi əməliyyat zamanı “əl-Qaidə” lideri Usamə ben Ladini öldürən əsgər Robert O'Neillin yaşadığı evin ünvanı yaydığı irəli sürülüb.
“Sputniknews.com” saytında dərc olunan məlumatda bildirilir ki, O'Neill Pakistanda həyata keçirilən əməliyyatda iştirak etmiş və adını uzun müddət gizli saxladıqdan sonra təşkilat liderini məhz onun öldürdüyünü bildirmişdi.
“Mirror”-da dərc olunan xəbərə görə İŞİD silahlıları tərəfindən sosial mediada paylaşılan məlumatlar arasında, O'Neillin yaşadığı ünvandan başqa onu necə tapmaq lazım olduğu da yazılıb.
İŞİD silahlılarının ABŞ-dakı tərəfdarlarını O'Neilli öldürməyə çağırdığı bildirilir.