|
Yardımlı rayonunun Köryədi kəndində 2 nəfər su quyusuna düşərək köməksiz vəziyyətdə qalıblar.
Teleqraf.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1983-cü il təvəllüdlü Adışov Rahil Mursaqulu oğlu və 1980-cı il təvəllüdlü Niftəliyev Elvin Sultanağa oğlu təmizlik işləri aparmaq üçün dərinliyi təxminən 18-20 m olan su quyusuna düşərək havasızlıqdan vəfat ediblər.
Cənub Regional Mərkəzin xilasediciləri R.Adışov və E.Niftəliyevin meyitini quyudan çıxarmış və aidiyyəti üzrə təhvil veriblər.