|
QAT sədri Akif Nağının seçki qərargahının toplantısı keçirilib.
Parlament seçkilərinin ilkin mərhələsi- imzatoplama kampaniyası ilə bağlı fikirlər səsləndirilib. Qərargahın üzvləri imzaların toplanıb yekunlaşdırılması ilə bağlı məlumat veriblər. Akif Nağının namizədliyinin qeydə alınması üçün 500-ə yaxın imza toplanıb və 9 saylı Binəqədi seçki dairəsinə təqdim olunub.
Akif Nağı imza toplama prosesini yekunları ilə bağlı bildirib: “İnsanlar namizədliyimə əsasən xoş münasibət göstəriblər, həvəslə imzalarını verirlər. Ən böyük problem seçkilərin nəticələrinə inamsızlıqla bağlıdır. Çox adam seçkilərin nəticələrinin saxtalaşdırılacağını deyirlər. Hətta bizim dairədə hansısa müavinin, kiminsə qohumunun saxta yolla “seçiləcəyi”nə dair söhbətlər gəzir. Kim bu oyuna gedəcəksə, bizi qarşısında görəcək. Biz düzgün seçkinin tərəfdarıyıq. Bu şübhələri, inamsızlığı aradan qaldırmaq üçün hakimiyyət də, cəmiyyət də, hər bir vətəndaş da öz üzərinə düşən məsuliyyəti dərk etməli, çalışmalıdır.”