|
Çex Respublikasının prezidenti Miloş Zeman sentyabrın 15-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
APA-nın məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Çex Prezidenti Miloş Zemanı və xanımı İvana Zemanovanı hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.