|
Türkiyənin Tunceli vilayətində polislərə hücum nəticəsində 4 asayiş keşikçisi həlak olub. Bu barədə "TRT Haber" telekanalı məlumat verir.
Hücumun təfərrüatları barədə məlumat verilmir.
Qeyd edək ki, bu gün İğdır vilayətində polislərin olduğu avtobusa hücum 12 asayiş keşikçisinin ölümü ilə nəticələnib.